BDU-da yaz sessiyası hibrid formada təşkil olunacaq

Xəbər - Samir Əli – Trend:

Bakı Dövlət Universitetində (BDU) 2021/2022-ci tədris ilinin yaz
sessiyası hibrid formada təşkil olunacaq.

Bu barədə AzerTimes-a BDU-nun Mətbuat katibi Kəmalə Quliyeva məlumat
verib.

O bildirib ki, tədris prosesi ilə bağlı BDU-nun Elmi Şurasının
bu gün keçirilən növbəti iclasında qərar qəbul edilib.

Elmi Şuranın iclasında 2021/2022-ci tədris ilinin yaz
sessiyasının da payız sessiyasında olduğu kimi, həftənin 2 günü
onlayn, 3 günü ənənəvi qaydada olmaqla hibrid formada təşkil
edilməsi barədə qərar verilib.

Teqlər: