Ombudsman Aparatının əməkdaşları Mülki Müdafiə Qoşunlarının hərbi hissəsinə baxış keçiriblər (FOTO)

Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi
sektorunun əməkdaşları Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə
Qoşunlarının Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “N”
saylı hərbi hissəsinə baxış keçiriblər.

Ombudsmanın nümayəndələri tərəfindən hərbi hissənin müxtəlif
obyektlərinə baxış keçirilib. Eyni zamanda, hərbi hissənin
daxilində yerləşdirilməsi üçün Ombudsmanın 916 Çağrı Mərkəzi barədə
məlumatı özündə əks etdirən plakatlar komandanlığa təqdim edilib,
hərbi hissədə işləyən mülki şəxslərin sualları cavablandırılıb.

Razılaşdırılmış tədbirlər planına müvafiq olaraq, Mülki Müdafiə
Qoşunlarının, eləcə də digər qoşun növlərinin hərbi hissələrinə
baxışlar davam etdiriləcək.

Teqlər: