Olland və Merkel Rusiyanı 8 il aldatdı – Matviyenko

Olland və Merkel Rusiyanı 8 il aldatdı – Matviyenko

Fransanın keçmiş prezidenti Fransua Olland və Almaniyanın keçmiş kansleri Angela Merkel Minsk razılaşmalarına sadiqliklərindən danışaraq, Ukraynanı münaqişəyə hazırlamaq üçün Rusiyanı 8 il aldadıblar.

AzerTimes xəbər verir ki, bunu Rusiya federasiya Şurasının rəhbəri Valentina Matviyenko deyib.

“Hər dəfə aldatdılar. Biz dəfələrlə yalanlarla qarşılaşmışıq. Dedikləri ilə hərəkətləri üst-üstə düşmür. Həm Merkel, həm də Olland bütün bu 8 il ərzində bizi aldatdılar. Ukraynanı sülhə, öz xalqı ilə danışıqlar masası arxasına oturmağa məcbur etmək əvəzinə, bu vaxtdan Kiyevi silahla təmin etmək üşün istifadə etdilər. Məhz buna görə Rusiyanın Ukraynada “xüsusi hərbi əməliyyat”ı qaçılmaz oldu”, – Matviyenko bildirib.

Teqlər: