Masallıda qanunsuz ağac daşınmasının qarşısı alındı

Masallıda qanunsuz ağac daşınmasının qarşısı alındı

9 aprel tarixində, gecə saatlarında Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən Qəriblər meşəbəyliyinin 8 saylı dolayında qanunsuz olaraq kəsilmiş ağacların Mersedes markalı 99 TH 576 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə daşınmasının qarşısı alınıb.

Bu barədə AzerTimes-a Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov məlumat verib.

Onun sözlərinə görə, ağac materialı yüklənmiş nəqliyyat vasitəsi Regional Meşə Təsərrüfatı Mərkəzinə gətirilərək boşaldılıb.

“Bununla bağlı rayon polis şöbəsinə məlumat verilib. Hazırda araşdırma aparılır”, -məlumatda qeyd olunub.

Teqlər: