Ölkəmizdə ehtiyacı olan şəxslərin ödənişsiz hüquqi yardımlara əlçatanlığı yoxdur – Anar Bağırov

Ölkəmizdə ehtiyacı olan şəxslərin ödənişsiz hüquqi yardımlara
əlçatanlığı yoxdur.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Vəkillər
Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.

O bildirib ki, bugün pulsuz hüquqi yardım məsələsi çox həssas
məsələdir:

“Pulsuz hüquqi yardımla bağlı qanunda müvafiq standart yoxdur.
Bu çox çətin məsələdir. Ehtiyacı olan şəxslərə pulsuz hüquqi
yardımların göstərilməsi üçün qanuna dəyişiklik edilməli və həmin
şəxslərin pulsuz hüquqi yardıma əlçatanlığı təmin edilməlidir. Bu
istiqamətdə də Vəkillər Kolleqiyası Mediasiya Şurasına tam dəstək
verməyə hazırdır”

Teqlər: