Ölkəmizdə bu məhsul bahalaşa bilər

Ölkəmizdə bu məhsul bahalaşa bilər

Dünya bazarında qəhvə bahalaşıb. Bunu ilk növbədə qəhvənin vətəni olan Braziliyada qiymətlərin artması ilə izah edirlər.

AzerTimes xəbər verir ki, Braziliya ilə yanaşı, digər aparıcı qəhvə ixracatçısı olan Kolumbiyada da plantasiyalar pis hava şəraitindən əziyyət çəkib. Bu ölkədə təsərrüfatların bir hissəsində məhsuldarlığın iki dəfə azala biləcəyi gözlənilir. Kolumbiyada qəhvə istehsalı, alqı-satqısı və ixracı ilə məşğul olan fermerlərin bir hissəsini birləşdirən “Minasul” kooperativi 2022-ci ildə istehsalın ümumi həcminin 1 milyon paketə qədər azalacağını gözləyir.

Qəhvəni bahalaşdıran təkcə qıtlıq deyil. Bu amillərə həm də dünyada logistikada sahəsində yaranmış çətinliklər – daşınma xərclərinin artması aiddir. Beynəlxalq Qəhvə Təşkilatının hesablamalarına görə, bu içkiyə qlobal miqyasda tələb təklifi üstələyə bilər. Son nəticədə bütün ölkələrdə, o cümlədən Azərbaycanda qəhvə bahalaşa bilər.

Bu barədə Report-a açıqlama verən Azərbaycandakı kofeşopları qəhvə ilə təmin edən şirkətin mütəxəssisi Samir Quliyev istisna etmir:

“Biz dünya birjalarındakı qiymətə uyğun olaraq qəhvə alırıq. Birjalarda qiymətlər qalxsa, bizdə də avtomatik olaraq qalxacaq”.

Onun sözlərinə görə, hazırda Azərbaycana iki növ qəhvə tədarük edilir: “Biri brend markall mağazalarda satışda olan qəhvədir. Digəri isə “Special coffe” adlanır. Belə məhsulların üzərində qəhvə ilə bağlı məlumat olur. Qəhvə hansı fermada yetişdirilib, necə emal olunub, qovurma tarixi, ağacın hündürlüyü nə qədər olub və.s. Bu məlumatlar varsa, deməli xüsusi qəhvə növü sayılır. Bu məhsulların qiyməti yüksək olur, kioqramı 40 manatdan başlayır. Qəhvə ağacının hündürlüyü nə qədər çoxdursa, məhsulu o qədər də baha olur. Yəni standart bir qiymət yoxdur. Hər dəfə fərqli ola bilər. Son vaxtlar logistikada da problem olduğu üçün qiymət bir az arta bilər. Hazırda Biz Almaniyadan qəhvə alırıq. Bizə oradan qəhvə meyvəsinin içindəki tum gəlir. Biz o tumu qovururuq. Sonra da paketləmə edirik”.

Teqlər: