Çimərlik futbolu: millimiz yenə İrana uduzdu

Çimərlik futbolu: millimiz yenə İrana uduzdu

İranın Yəzd şəhərində təlim-məşq toplanışını davam etdirən çimərlik futbolu üzrə Azərbaycan milli komandası yerli yığma ilə növbəti yoldaşlıq oyununu keçirib.

AzerTimes AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, kollektivlər arasında ikinci qarşılaşma da meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 5:3.

Azərbaycan seçməsinin qollarını Amid Nəzərov, Ramil Əliyev və Tural Qürbətov vurub.

Qeyd edək ki, ilk görüşdə İran yığması 3:2 hesabı ilə qalib gəlmişdi. Komandalar arasında sonuncu oyun avqustun 25-də olacaq.

Teqlər: