Ölkəmiz üçün 2023-cü ilin 7 əsas hadisəsi

Ölkəmiz üçün 2023-cü ilin 7 əsas hadisəsi

2023-cü il Azərbaycan siyasi meydanında bir çox ciddi və taleyüklü hadisələrlə yadda qaldı.

AzerTimes cari il ərzində ölkəmizdə baş verən mühüm siyasi hadisələrin bəzilərinin siyahısını təqdim edir:

1. İsraildə səfirliyimiz fəaliyyətə başladı və yanvarın 11-də Azərbaycan Prezidentinin sərəncamı ilə Muxtar Məmmədov İsrailə səfir təyin edildi;

2. Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törədildi. Hücumun dəf edilməsi zamanı diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov şəhid oldu və 2 mühafizəçi yaralandı;

3. Aprel ayının 23-də Ermənistanla sərhəddə, Laçından Yuxarı Qarabağa gedən yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qoruldu;

4. 19 sentyabr tarixində Azərbaycan Ordusu tərəfindən ölkəmizin konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağdakı separatçılara qarşı antiterror əməliyyatı aparıldı və 23 saat 43 dəqiqəyə əməliyyat uğurla başa çatdı, Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi;

5. Sentyabrın 28-də separatçıların lideri Samvel Şahramanyan “fərman” imzalayaraq qondarma “artsax respublikasını” buraxdı;

6. Müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq separatçılardan təmizlənmiş Xankəndidə 8 noyabr – Zəfər Günü ilə bağlı möhtəşəm hərbi parad keçirildi.

7. Dekabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev 7 fevral 2024-cü il tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzaladı.

Teqlər: