ABŞ Camal Qaşıqçının xanımına sığınacaq verdi

ABŞ Camal Qaşıqçının xanımına sığınacaq verdi

ABŞ 5 il əvvəl öldürülən jurnalist Camal Qaşıqçının həyat yoldaşına siyasi sığınacaq verib.

AzerTimes xəbər verir ki, jurnalistin həyat yoldaşı Hanan Elatr ərinin ölümündən sonra ABŞ-a sığınmışdı.

Qeyd edək ki, ABŞ kəşfiyyat orqanları “Vaşinqton Post”un səudiyyəli köşə yazarı Camal Qaşıqçının Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın əmri ilə bu ölkənin İstanbuldakı Baş Konsulluğunda öldürüldüyü qənaətinə gəlib.

Teqlər: