Ölkədə sürüşmə dinamikası azalıb

Ölkədə sürüşmə dinamikası azalıb

Ölkə ərazisində sürüşmə dinamikasında azalma var. Burda dövlət qurumları tərəfindən qoruyucu tədbirlərin aparılması mühüm rol oynayır.

AzerTimes xəbər verir ki, bu sözləri Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, sürüşmə təbii geoloji və texnogen proseslərlə bağlıdır:

“Təbii proseslərə müdaxilə edə biləcək gücə malik deyilik. Amma proseslərin sürətini azaltmaq üçün qoruyucu tədbirlər görülə bilər. Yağışlar çox olan hissələrdə sürüşmə aktivləşə bilər. İndiki halda bu aktivləşmə müşahidə olunmur”.

Teqlər: