AB Ermənistana yeni missiya göndərir: bu dəfə 2 illik…

AB Ermənistana yeni missiya göndərir: bu dəfə 2 illik…

Avropa Birliyi (AB) Ermənistana yeni missiya göndərəcək.

AzerTimes erməni mediasına istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələrdən bildirilib.

Məlumata görə, bu dəfəki missiyanın müddətinin 2 ay yox, 2 il olması nəzərdə tutulub.

AB-nin Siyasət və Təhlükəsizlik Komitəsi bu barədə layihəni ötən həftə qəbul edib, Antiböhran İdarəetməsinin Mülki Məsələlər Komitəsi isə layihəni bəyənib.

Bildirilib ki, 200-ə yaxın avropalı mütəxəssis yeni missiyanın tərkibində təmsil olunacaq.

Qeyd edək ki, ötən il oktyabrın 17-də Aİ Xarici İşlər Nazirləri Şurası Ermənistana mülki missiyanın göndərilməsi barədə qərar verib.

Teqlər: