Ölkədə pandemiya şəraiti nəzarət altındadır – Nazir (FOTO)

Xəbər - Humay Ağacanova – Trend:

Səhiyyə Nazirliyində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID)
Azərbaycan üzrə missiyasının direktoru Cey Sinqx və Ümumdünya
Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri
Hande Harmancı ilə görüş keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, səhiyyə naziri
Teymur Musayev bildirib ki, Prezident İlham Əliyevin sayəsində
pandemiya ilə mübarizədə Azərbaycan vətəndaşları müxtəlif texnoloji
platformalar əsasında hazırlandığı bütün peyvəndlərlə təmin edilib:
“Bundan əlavə, Azərbaycan COVID-19-la uğurla mübarizə aparır və
hazırda ölkədə pandemiya şəraiti nəzarət altındadır”.

Görüş zamanı nazir həmçinin ölkəmizdə rəqəmsal və innovativ
texnologiyalardan istifadə, səhiyyə sistemində aparılan islahatlar
haqqında məlumat verib.

Müharibədə iştirak edən şəxslərin və ailə üzvlərinin psixoloji
və posttravmatik reabilitasiyası istiqamətində fikir mübadiləsi
aparılıb. Həmçinin işğalından azad edilmiş və digər ərazilərdə
tibbi infrastrukturun bərpası, səhiyyə müsəssisələrində yeni
texnologiyaların tədbiq edilməsi müzakirə olunub.

İşgüzar və səmimi şəraitdə keçən görüş zamanı gələcəkdə birgə
layihələrin həyata keçirilməsinin vacibliyi qeyd edilib.

Teqlər: