Azərbaycan KOB-ları Qətərdə keçirilən beynəlxalq kənd təsərrüfatı və ətraf mühit sərgisində iştirak edir

Martın 10-da Qətər Dövlətinin paytaxtı Doha şəhərində 9-cu
“Beynəlxalq Kənd Təsərrüfatı və Ətraf Mühit Sərgisi 2022” öz işinə
başlayıb.

Trend xəbər verir ki, Doha Sərgi və Konqres Mərkəzində keçirilən
sərgidə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin
dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)
təşkilatçılığı və ölkəmizin Qətər Dövlətindəki Səfirliyi ilə
əlaqələndirilməklə Azərbaycan pavilyonunda “Made in Azerbaijan”
brendi ilə yerli məhsullarımız nümayiş olunur. Sərgidə kənd
təsərrüfatı, qida və ətraf mühit sahələri üzrə Azərbaycanın mikro,
kiçik və orta sahibkarlıq subyektləri tərəfindən zəfəran, çiyələk,
mürəbbə, kompot, meyvə şirələri, konservləşdirilmiş məhsullar,
narşərab, lavanda yağı və balı, qablaşdırılmış giləmeyvə, təbii və
soyuq sıxım qida yağları və s. sərgilənir. Pavilyonda həmçinin,
yerli şirkətlərimiz tərəfindən kənd təsərrüfatı üçün müasir həllər,
aqrar sahə üzrə biokimya məhsulları və zəhərli tullantıların təkrar
emalı üzrə xidmətlər təqdim olunur.

Pavilyonumuzda həmçinin, Azərbaycanın əlverişli biznes və
investisiya mühiti, KOBİA-nın ölkəmizə investisiya yatırmaqda və
yerli tərəfdaşlarla əməkdaşlıq qurmaqda maraqlı olan xarici iş
adamlarına göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilir,
video və çap materialları nümayiş olunur.
Martın 14-dək davam edəcək sərgi çərçivəsində iş adamları arasında
görüşlərin keçirilməsi üçün Azərbaycan pavilyonunda müvafiq şərait
də yaradılıb.

Teqlər: