Ölkə iqtisadiyyatında dörd başlıca dəyişiklik olacaq – Mikayıl Cabbarov

Xəbər - Humay Ağacanova – AzerTimes:

Ölkə qarşısında yeni iqtisadi çağırışlar dayanmaqdadır. Başlıca çağırış neftdən asılılığı sıfıra endirməkdir.

AzerTimes-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, bunun üçün 5 milli prioritet müəyyənləşdirilib:


“Ölkə iqtisadiyyatında 4 başlıca təməl dəyişiklik baş verəcək. İqtisadiyyatda fəaliyyət mühiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq. İnsan kapitalının davamlı inkişafı, rəqəmsal ideyaların tətbiqi üçün geniş şərait yaradılacaq. Strategiyanın artıq başlıca istiqamətləri formalaşdırılıb. Strategiya layihəsində 70-dək strateji alt başlıq layihəsi üzrə 839-dək strateji dəyişiklik edilməsi nəzərdə tutulub”, – deyə M.Cabbarov qeyd edib.

Teqlər: