Dələduzluqda təqsirləndirilən şirkət rəhbərinə hökm oxundu

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan “Avro Qrand” şirkətinin sahibi Xanlar Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə X.Cəfərov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

X.Cəfərov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur. Məlumata görə, X.Cəfərov zərərçəkmişlərə mənzil satarkən bir mənzili bir neçə nəfərə satıb.

Qeyd edək ki, X.Cəfərov bundan əvvəl də dələduzluqda və vergidən yayınmaqda təqsirli bilinərək həbs edilib. O, 2018-ci ilin sonunda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alaraq azadlığa buraxılmışdı.

Teqlər: