Okeanın o tayından Bakıya verilən dəyər

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın regionda
yaratmış olduğu yeni reallıqla artıq bütün dünya barışmaqdadır.
Vaxtı ilə Dağlıq Qarabağ probleminin qarşılıqlı kompromislər
əsasında həllini zəruri sayan dünyanın güc mərkəzləri, indi nə
olursa olsun Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin
bağlanmasını əsas hədəf hesab edirlər. Bu istiqamıətdə həm Avropa
İttifaqı, həm Rusiya, həm də Birləşmiş Ştatların mövqeyi açıq
şəkildə özünü göstərir. Təsadüfi deyil ki, bu günlərdə Birləşmiş
Ştatlar prezidenti Co Baydenin Azərbaycan dövlət başçısı Cənab
İlham Əliyevə ünvanlamış olduğu təbrik məktubunda da bu məqama
diqqət yetirilir. Dövlət müstəqilliyi günü münasibətilə
azərbaycanlı həmkarı İlham Əliyevi təbrik edən Ağ Ev rəhbərinin
təbrik məktubunda yer alan fikirlərindən aydın olur ki, Vaşinqton
da tezliklə Bakı ilə İrəvan arasında sülh müqaviləsinin
imzalanmasından yanadır. Hətta Birləşmiş Ştatlar bu prosesə dəstək
verməyə də hazır olduğunu bildirir. “İndi Cənubi Qafqazda davamlı
sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır” deyən
Co Bayden daha sonra qeyd edir ki, Amerika Birləşmiş Ştatları bütün
Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək
Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların
intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və
insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır.

Qeyd etmək yerinə düşər ki, Birləşmiş Ştatlar prezidentindən
öncə bu ölkənin dövlət katibi ilə Azərbaycan prezidenti arasında
baş tutan telefon danışığı zamanı da eynilə Ermənistanla Azərbaycan
arassında sülh müqaviləsinin imzalanmasının vacibliyi və
Vaşinqtonun bu prosesdə maraqlı olması qeyd edilirdi ki, bu marağın
da başlıca səbəbi məhz ölkəmizlə, daha doğrusu Azərbaycanın
regiondakı rolu, nüfuzu ilə bağlıdır.

Digər tərəfdən, Azərbaycanın regionda özünəməxsus yeri və
rolunun olması, xüsusilə zəngin enerji daşıyıcılarına malikliyi
Birləşmiş Ştatların Avropadakı müttəfiqləri üçün daha çox
faydalıdır. Xüsusilə, Rusiya-Ukrayna müharibəsi davam etdiyi bir
vəziyyətdə Azərbaycana olan ehtiyac pzünü daha çox göstərir. Onsuz
da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna
rol oynayan Azərbaycana Rusiya-Ukrayna mühribəsi fonunda marağın
artması bu aspektdə başadüşüləndir. Elə Co Bayden də İlham Əliyevə
ünvanladığı təbrik məktubunda enerji sektorundakı əməkdaşlığı
xüsusi qeyd edib: “Ötən 30 il ərzində enerji mənbələrinin
şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində
əməkdaşlığımız tarixin mühüm anında öz bəhrəsini verir, Azərbaycan
Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və
sabitləşdirilməsində önəmli rol oynayır”. Bəs görəsən okeanın o
tayından Bakıya verilən dəyərə ekspertlər necə yanaşır?

Birləşmiş Ştatlar prezidentinin azərbaycanlı həmkarı İlham
Əliyevə göndərdiyi təbrik məktubuna diqqət çəkən politoloq Elşad
Həsənov deyib ki, Ağ Ev rəhbərinin dövlət başçısına ünvanladığı
təbrik məktubu və həmin məktubda əksini tapan müsbət məqamlar ilk
növbədə son illərdə Azərbaycanın artan nüfuzu, Cənubi Qafqazda
lider dövlətinıə çevrilməsi, eyni zamanda Rusiya-Ukrayna müharibəsi
fonunda Bakının Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında böyük roldan irəli gəlir: “Birləşmiş Ştatlar
prezidentinin Cənab İlham Əliyevə göndərdiyi məktubda bu məqamlar
xüsusi diqqət çəkir. Belə ki, Ağ Ev rəhbəri Azərbaycaın Avropa və
dünya enerji bazarlarında təhıükəsziliyinin təmin olunması və
sabitləşməsində önəmli rol oynadığını bildirir. Bu da son dovrlərdə
apardığımız uğurlu xarici siyasətin nəticəsindən irəli gəlir.
Amerika prezidenti həmçinin enerji mənbələrinin şaxələnməsi və
beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlığın tarixin mühüm
anında öz bəhrəsini verdiyini göstərir. Bu da Azərbaycanın
Avropanın enerji təhlükəsizliyində oynadığı böyük rola işarədir.
Eyni zamanda məktubda Azərbaycanın Ukraynanın suverenliyinə
dəstəyi, həmçinin bu ölkəyə humanitar sahədə göstərilən yardım da
xüsusi qeyd edilir”.

Elşad Həsənov deyib ki, Ağ Ev rəhbəri Azərbaycanın beynəlxalq
terrorizmə qarşı apardığı mübarizəni də yüksək qiymətləndirib.

Ağ Ev rəhbərinin demokratiya çaırışlarına gəlincə isə, Elşad
Həsənov deyib ki, Azərbaycan dövləti son illərdə qeyd edilən
istiqamətdə kifayət qədər geniş və köklü islahatlar həyata keçirib: “Azərbaycanda kifayət qədər demokratik ənənələr mövcuddur.
İnsanların sərbəst toplaşmaq azadlığına heç bir məhdudiyyət
qoyulmur. Bunu ən son bir qrup gəncin Fəvvarələr Meydanında
keçirdiyi icazəsiz aksiya fonunda aydın gördük”.

Teqlər: