NFC ilə qaz kartına necə pul yükləmək olar? (FOTO)

Xəbər verdiyimiz kimi, “Azəriqaz” İstehsalat Birliyinin tətbiq
etdiyi “Gallus” və daha sonra “Zenner” kartlarının “NFC” təminatı
olan telefonlarda necə və hansı proqram təminatı ilə yükləmə
qaydasını izah edəcəm.

Qeyd etdiyim kimi, yalnız “NFC” təminatı olan telefonlarla “Gallus Pay” və “Zenner” kartla yükləmə əməliyyatı etmək olur, yəni
heç bir yerə getmədən “Smart Gallus Pay” və “Zenner” sayğaclardan
ödəniş əməliyyatı edə bilirik. Bunun üçün ilk olaraq “Play Market”
və ya “App Store”dan “E Manat+” proqramı yükləyirik. “E manat+”
proqram təminatını açırıq, “ödəniş et” bölməsinə seçirik. “Kommunal
Azəriqaz” və “Azəriqaz Gallus pay” və “Zenner” pəncərəsinə daxil
oluruq. Kartı telefonun alt hissəsinə tutduqda kartda olan
məlumatlar telefonda əks olunur. Sayğacın nömrəsi, abonent kodumuz
və ödəniş növü qeyd olunur. Ödəniş növünü seçərək “davam et”
düyməsi, ondan sora məbləği daxil edirik. Yenidən “davam et”
düyməsinə basırıq. Beləliklə, kartın məlumatları əks olunur. Biz
kartın nömrəsini, istifadə müddətini və cvv kodunu qeyd edərək
istədiyimiz məbləği “ödə” düyməsini sıxaraq karta köçürmüş
oluruq.

Teqlər: