Oğuzda meşə ərazisində yanğın hadisəsi baş verib

Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığındakı meşə sahəsində yanğın
hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə
İbrahimova Trend-ə bildirib ki, Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət
Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri
tərəfindən yanğın söndürülüb.

Yanğın nəticəsində təxminən 1,5 hektar ərazidə quru ot örtüyü
yanıb.

Teqlər: