Oğuzda ev yanıb

Oğuz rayonunun Mollalı kəndində ümumi sahəsi 150 m² olan
birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar
konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Teqlər: