MÜSİAD Türkiyə-Azərbaycan qardaşlığını gücləndirir – Rəşad Cabirli

Azərbaycanda yarandığı gündən bəri qısa müddət ərzində mühüm iş
dünyasının təşkilatlarından birinə çevrilən MÜSİAD Azərbaycan 25-ci
IBF-Beynəlxalq Biznes Forumu Bakı Sammiti ilə regional dinamikaya
təkan verdi.

AzerTimes xəbər verir ki, MÜSİAD
Azərbaycan prezidenti Rəşad Cabirli MÜSİAD-ın Azərbaycandakı
fəaliyyətini dəyərləndirərək bildirib ki, “MÜSİAD Azərbaycan işi
ilə bərabər, bundan sonra da Türkiyə-Azərbaycan qardaşlığını
gücləndirəcək.

R.Cabirli açıqlamasında bunları deyib:

“MÜSİAD Azərbaycan və KOBİA-nın əməkdaşlığı ilə təşkil edilən
25-ci IBF həm Türkiyə-Azərbaycan ticarət əlaqələri, həm də regional
iqtisadi dinamika baxımından tarixi bir təşkilat oldu. Tədbir
çərçivəsində keçirilən panel proqramların əks-sədaları və
əməkdaşlıqlarla bağlı imzalanmış müqavilələr, MÜSİAD Azərbaycanın
bölgədəki fəaliyyəti Türkiyə-Azərbaycan iqtisadi həyatına güc
qatır. MÜSİAD Azərbaycan olaraq biz işğaldan azad edilmiş
Azərbaycan torpağı Qarabağın və onun ətrafının yenidən qurulmasına
böyük əhəmiyyət veririk. MÜSİAD Azərbaycan hərtərəfli sərmayələrin
və layihələrin həyata keçirilməsinə, öz səyləri ilə
Türkiyə-Azərbaycan qardaşlığını gücləndirməyə davam edəcək”.

Teqlər: