Ögey bacısının 250 min manat pulunu oğurlayan şəxsə 7 il cəza verildi

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsin oğurluqda təqsirləndirilən Mahir
Əlizadənin işi üzrə məhkəmə prosesi başa çatıb.

AzerTimes-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm
oxunub.

Məhkəmənin hökmü ilə o, 7 il azadlıqdan məhrum edilib və məhkəmə
zalından həbs edilib.

İttihama görə, hadisə 2021-ci il iyunun 19-da paytaxt ərazisində
qeydə alınıb.


M.Əlizadənin ögey bacısı Lyudmila Əlizadəni Nərimanov rayonu,
Təbriz küçəsi, 15-ci məhəllə, 115 nömrəli evin 4 saylı mənzilindən
Rusiyanın Moskva şəhərinə getmək məqsədilə hava limanına yola
salarkən kiçik əl çantasından L.Əlizadəyə məxsus 252 012 manat pulu
oğurlayıb.

Daha sonra L.Əlizadə hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına
müraciət edib.

Teqlər: