AZAL Bakı-Moskva-Bakı reysində uçuş marşrutunu dəyişib

“Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Moskva sərnişin
reysini həyata keçirən təyyarələrin uçuş marşrutunu dəyişib.

Aviaşirkətdən AzerTimes-a verilən
məlumata görə, sözügedən qərar NOTAM Rusiya hava məkanının müəyyən
hissələrində mülki təyyarələrin uçuşlarının məhdudlaşdırılması ilə
bağlıdır.


Aviaşirkət Bakı-Moskva-Bakı reysini Qazaxıstan ərazisindən
keçməklə yerinə yetirəcək ki, bu da uçuş vaxtının artmasına səbəb
olacaq. Uçuşun təxmini vaxtı 3 saat 20 dəqiqə təşkil edəcək.

Teqlər: