Ödənişləri ABB mobile-da qazandığınız Faydalarla edin!

ABB mobile tətbiqinin imkanları daha da genişlənib. Tətbiqə
Fayda proqramı ilə bağlı yeni funksiya əlavə edilib. ABB mobile
vasitəsilə toplanmış Faydalarla indi ödənişlər də aparmaq olar.

Fayda ABB-nin loyallıq proqramıdır. Ödənişlərini ABB mobile
tətbiqi ilə edən bütün müştərilər Faydalar toplayırlar. İndiyə
qədər Faydalarla yalnız hədiyyələr qazanmaq olurdu. İndi isə
Fayda-larla elə ABB mobile-dan müxtəlif kommunal, rabitə, vergi və
s. ödənişləri də aparmaq mümkündür. Fayda proqramı tətbiqin “Sizə
özəl” bölməsindədir.

Müştəri ABB mobile tətbiqində qeydiyyatdan keçəndə ilkin olaraq
2000 “Xoşgəldin Fayda-sı” qazanır. Ondan sonra tətbiqdə 1 manatdan
çox məbləğdə etdiyi hər ödəniş ona yeni Fayda-lar qazandırır.
Toplanmış Fayda-ları balansda dərhal görmək olur. Fayda-lar 1 il
müddətində qüvvədədir. ABB mobile istifadəçisi tətbiqin “Tarixçə”
bölməsindən hər bir əməliyyat üçün son istifadə tarixini mütəmadi
izləyə bilər. Fayda loyallıq proqramı barədə əlavə məlumatları
buradan əldə edə
bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet
səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi
Facebook səhifəsindən əldə etmək olar.

Teqlər: