Od çərşənbəsində ən çox yağıntı 2020-ci ildə müşahidə edilib – Gülşad Məmmədova

Od çərşənbəsinin yaxınlaşması həmişə havanın istiləşməsindən
xəbər verir.

Trend xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun
direktoru Gülşad Məmmədova deyib.

Gülşad Məmmədova bildirib ki, builki Od çərşənbəsinin səhər
saatlarından müşahidə edilən çiskinli yağış havanı təmizləyib,
oksigenlə zənginləşdirib. Nisbətən yüksək atmosfer təzyiqi fonunda
mülayim sakit yaz havası meteohəssas insanlar üçün əlverişli
olub.


“Havanın maksimal temperaturu bu gün günorta saatlarında 14
dərəcəyə yaxınlaşaraq iqlim normasından yüksək temperatur rejiminin
davam etməsinə “dəstək” verəcək. Müqayisə üçün bildirim ki, keçən
il Od çərşənbəsində temperatur iqlim normasından 1 dərəcə aşağı
olub. Son 10 ildə Bakıda və Abşeron yarımadasında od çərşənbəsində
ən yüksək temperatur 2014-cü ildə 16.4 dərəcə isti, ən aşağı
temperatur isə 2019-cu ildə 2 dərəcə isti qeydə alınıb”.

G.Məmmədovanın sözlərinə görə, Od çərşənbəsində ən çox yağıntı
2020-ci ildə müşahidə edilib. Düşən yağıntının miqdarı Sumqayıtda
12 mm-ə çatıb.

Teqlər: