Nyu-Yorkda atışma baş verib

ABŞ-ın Nyu-York şəhərinin Bronks bürosunda atışma baş verib.

AzerTimes-ın “NBC” teleşirkətinə istinadən verdiyi məlumata görə, yerli vaxtla təxminən saat 21:00-da baş verən atışma nəticəsində azı 5 nəfər yaralanıb.

Məlumata əsasən, yaralılardan birini polis əməkdaşları hadisə yerində aşkarlayıblar, digər yaralanan şəxslər isə yaxınlıqdakı xəstəxanaya müraciət ediblər.

Atışmanın səbəbi və şübhəlilər barədə məlumat verilmir.