Argentinada koronavirusdan ölənlərin sayı 70 mini ötüb

Argentinada ötən sutka ərzində koronavirusa 21 469 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 290 935 nəfərə çatıb.


Bildirilir ki, son sutka koronavirusdan 400 nəfər ölüb, ölənlərin ümumi sayı 70 253 nəfər təşkil edir.