Novruz bayramında 9 gün iş olmayacaq

Xəbər - Fərid Zöhrabov – Trend:

Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban
bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən,
2022-ci il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.

AzerTimes-ın məlumatına görə, bu
barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.

Martın 20-si bazar gününə təsadüf etdiyi üçün Azərbaycan
Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci bəndinə
əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart
qeyri-iş günü olacaq.


Beləliklə, 19, 26 və 27 mart tarixləri də şənbə və bazar
günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün
ardıcıl (19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş
olmayacaq.

Teqlər: