Norveç sularında yeni neft-qaz yatağı kəşf edilib

Norveçin “Equinor” şirkəti ölkənin ərazi sularında yeni neft-qaz
yatağı aşkar edib.

Trend-in
məlumatına görə, bu barədə şirkətin bəyanatında deyilir.

Qeyd olunur ki, yeni yataq Şimal dənizinin Fram və Troll
sahələrində kəşf edilib.

İlkin hesablamalara əsasən, yatağın neft ehtiyatları 25-50
milyon barel, qaz ehtiyatları 4-8 milyon kubmetr səviyyəsində
qiymətləndirilir.

Qeyd edək ki, Norveçdə neft və qaz hasilatı 1971-ci ildə
başlayıb. Bu gün ölkə Avropa İttifaqının karbohidrogen tələbatının
15 faizini təmin edir.