Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Polşada layihələr keçirir (FOTO)

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Polşanın Varşava
şəhərinə səfər edərək Yolanta Kvasnevska və Aleksander Kvasnevski
Fondu ilə görüş keçirib.

Görüşdə NGBM-in İdarə Heyəti üzvü, Gürcüstanın sabiq Baş nazir
müavini və sabiq Xarici İşlər naziri xanım Eka Tkeşelaşvili, Baş
Katibi Rövşən Muradov və Ukraynanın sabiq birinci xanımı Katerina
Yuşenkanın rəhbərlik etdiyi Fondun nümayəndələri iştirak edib.

Fondun koordinatorları müharibə köçkünləri ilə işləməklə bağlı
məlumatları və öz təcrübələrini və keçirilən layihələrlər bağlı
məlumatları təqdim ediblər.

Səfər çərçivəsində Varşavanın Torvar Zalında məskunlaşan məcburi
köçkünlər ziyarət edildi.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Yolanta
Kvasnevska Fondu əməkdaşlıq əlaqələrinin gücləndirmək məqsədi ilə
Memorandum imzalayacaq.

Bundan əlavə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Yolanta
Kvasnevska Fondunun birgə təşkilatçılığı ilə aprel ayında Varşavada
hal-hazırkı müharibə köçkünləri ilə bağlı böyük toplantının
keçiriləcəyi razılaşdırılıb.

Teqlər: