Asiya İnkişaf Bankı Azərbaycanla əməkdaşlıq prioritetlərini açıqlayıb (ÖZƏL)

2022-2023-cü illərdə Asiya İnkişaf Bankı (AİB) peşə-texniki
təhsilin inkişafında iştirakı hesabına insan kapitalını
möhkəmləndirməyi planlaşdırır ki, bu da Azərbaycanda müasir peşə
məktəblərinin tikintisinə və təkmilləşdirilməsinə, islahatların
keçirilməsinə xidmət edəcək.

Bunu Trend
müsahibəsində AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kendis
Makdeyqan deyib.

O qeyd edib ki, AİB-in prioritetləri sırasında regional suvarma
şəbəkəsinin yenidən qurulması, kənd təsərrüfatı fəaliyyətinin
fəallaşdırılması və ərzaq təhlükəsizliyinin təmin olunması yer
alır.

K.Makdeyqan əlavə edib ki, 2021-ci ilin iyulunda AİB
pandemiyanın sosial, iqtisadi sahələrdə fəsadlarının yumşaldılması
üzrə kompleks planın reallaşdırılmasında kömək məqsədilə, eləcə də
səhiyyə sahəsi üçün Azərbaycan hökumətinə 250 milyon dollar
həcmində kredit təqdim edib.

(Tərcümə: Orxan Nəbiyev)