Nikolaevdə Rusiya agenti saxlanıldı

Nikolaevdə Rusiya agenti saxlanıldı

Ukrayna Təhlükəsizlik Xidməti Nikolaev şəhərində məktəblərə raket hücumlarına rəhbərlik edən rus agentini saxlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata əsasən, sözügedən şəxs ruslara raket hücumları üçün şəhərdə yerləşən təhsil müəssisələrinin dəqiq koordinatlarını təqdim etməklə yanaşı, Ukrayna Müdafiə Qüvvələrinin cənubda yerləşdirilməsi, bu istiqamətdə hərəkəti və silahlanması ilə bağlı kəşfiyyat məlumatları da toplayıb.

Həmçinin bildirilir ki, saxlanılan şəxs Teleqram kanallarında Rusiya yönlü fikirlərini gizlətməyərək dövlət əleyhinə aparılan müzakirələrin fəal iştirakçılarından olub.

Qeyd edək ki, hazırda həmin şəxs haqqında həbs qətimkan tədbiri seçilib.

Teqlər: