İstirahət günündə hava necə olacaq?

İstirahət günündə hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən məlumata görə, havanın temperaturu gecə 20-24° isti, gündüz 33-36° isti olacaq.

Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 30-35 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 34-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti olacaq.

Teqlər: