Nikol sülhü pozur, Kreml təzyiq etməlidir – Bredixin

Nikol sülhü pozur, Kreml təzyiq etməlidir – Bredixin

Ermənistanın Kremlin Üçtərəfli bəyanatın öhdəliklərini yerinə yetirmək çağırışına adekvat cavab verəcəyi ehtimalı azdır.

AzerTimes xəbər verir ki, bunu Rusiyanın Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru Anton Bredixin deyib.

“Çünki biz Paşinyanın strategiyasını bilirik. O, Cənubi Qafqazda sabitliyi yenidən pozmaq istəyir və hazırda onun bu fəaliyyəti kifayət qədər uğurludur. Ona görə də Ermənistanın indiki hakimiyyəti dövründə regionda sabitliyə doğru hər hansı dəyişikliklər gözləmək lazım deyil”, – Bredixin bildirib.

Ekspertin fikrincə, yalnız Ermənistan hakimiyyətinə koordinasiyalı təzyiqlər vəziyyəti dəyişə bilər:

“Effektiv ssenari odur ki, Rusiya, Çin və Hindistanın təmsil olunduğu böyük üçlük Ermənistana birgə təzyiq göstərməyə və gələcəkdə sülhün imzalanmasına kömək etməyə başlasın. Amma bu, Paşinyan hökuməti dövründə deyil, başqa hökumət dövründə daha tez mümkün olacaq. Ermənistana iqtisadi tədbirlərlə təzyiq etməyin mənası var. Xüsusilə həssas dərəcədə bu, Aİİ və ya ŞƏT çərçivəsində edilə bilər. Hərbi tədbirlərdən qaçmaq daha yaxşıdır, çünki hərbi mərhələyə hər hansı keçid bütün Cənubi Qafqaz üçün ən əlverişsiz ssenaridir”.

Teqlər: