BƏƏ Netanyahunun səfərini buna görə təxirə salıb

BƏƏ Netanyahunun səfərini buna görə təxirə salıb

Birləşmiş Ərəb Əmirlikləri İsrailin Baş naziri Benyamin Netanyahunun yanvar ayında Əbu-Dabiyə planlaşdırdığı səfərini “İranla regional böhranın yayılmasından narahatlığa” görə təxirə salıb.

AzerTimes xəbər verir ki, bu barədə “Axios” internet saytı məlumat verib.

Məlumata görə, rəsmi Əbu-Dabi Netanyahunun səfər zamanı davranışının İranla regional gərginliyi artıra biləcəyini bildirib.

“BƏƏ Benyamin Netanyahunun ölkəsində İranı təhdid edən bəyanatlar verməsinə icazə vermək istəmir. İsrail və fələstinlilər arasında mövcud böhran, BƏƏ-nin fələstinliləri dəstəkləməsi İsrail və BƏƏ arasında davamlı koordinasiyaya mane olur”, – məlumatda deyilib.

Teqlər: