Nikol “müharibə günü” uydurur, məlum olur ki… – Arkov

Nikol “müharibə günü” uydurur, məlum olur ki… – Arkov

Bir neçə gün əvvəl Ermənistanın Azərbaycanla şərti sərhəddə qoşun yığmağa və hücum dayaqları yaratmağa başladığının şahidi olduq. Bütün dünya dəfələrlə bu kimi hadisələrin şahidi olub, bunun ardınca da erməni tərəfinin hərbi təxribatları başlayır.

Bu sözləri AzerTimes-a açıqlamasında rusiyalı politoloq Vitali Arkov deyib.

“Azərbaycan Silahlı Qüvvələri bu təxribatlara ya lokal olaraq cavab verir – yalnız Azərbaycan ərazisinin atəşə tutulduğu mövqelərə zərbələr endirir, ya da irimiqyaslı döyüş əməliyyatı keçirir, bunun nəticəsində davakar qonşuların şövqü soyuyur. Son həftələr rəsmi İrəvan dəfələrlə bəyan edib ki, guya Azərbaycan Ermənistana qarşı təcavüz hazırlayır, Paşinyan hətta onun başlayacağı “konkret günün” də adını çəkib. Eyni zamanda, Ermənistan etiraf edir ki, söhbət onun ərazisinə beynəlxalq səviyyədə tanınmış sərhədlərdə hücumdan yox, Azərbaycanın İrəvanın çoxdan qaytarmağı öhdəsinə götürdüyü bir neçə kənd üzərində nəzarəti bərpa etməsindən gedir. Belə bir təəssürat yaranır ki, İrəvan konkret məqsədlərə çatmaq üçün bilərəkdən Bakını problemi güc yolu ilə həll etməyə təhrik edir”, – o bildirib.

Arkovun sözlərinə görə, İrəvanın təxribatları təkcə pərdə altında deyil, Paris və Vaşinqtonun göstərişi ilə həyata keçirilir:

“Onlar üçün Azərbaycanın işğalçı dövlət kimi tanınması kampaniyasına və Bakıya qarşı sanksiyaların tətbiqi prosesinə başlamaq imkanı verəcək presedent yaratmaq vacibdir. Ermənistanın sakinləri (təkcə hərbçilər deyil) Qərbin sonradan regionda total təsirini genişləndirmək naminə qurban kimi istifadə olunur. Rəhbərliyi hər şeydən əvvəl milli maraqlara əsaslanan xarici siyasət yürüdən, müstəqil Azərbaycanı bu qane etmir. Bakının Qərblə işləmədiyini söyləmək olmaz. Tarixən Yaxın və Orta Şərqdə maraqları olan Britaniya ilə sıx əməkdaşlıqdan xəbərimiz var. Bununla belə, London region ölkələrinin elita və xalqlarının etimadını qazanmağı bacardı, eyni zamanda bölgədə tarixən mövcud olan Rusiya, Türkiyə və burada varlığını artıran Çinlə balans yaratdı. Amma ABŞ və Paris özlərini çini dükanında öküz kimi aparır və öz müstəmləkəçi mahiyyətini ört-basdır etməyə belə cəhd etmir. Rusiyaya gəlincə, Moskvanın KTMT-nin əsas operatoru kimi geri çəkilməsi də İrəvanın Paris və Vaşinqtonun göstərişi ilə həyata keçirilən təxribatlarının prioritet məqsədidir. Moskvanın həm 102-ci hərbi bazasının, həm də bütövlükdə Silahlı Qüvvələrinin KTMT-nin müddəalarının hərəkətləri çərçivəsində Azərbaycana qarşı hərbi əməliyyatlarda birbaşa iştirak etməkdən imtinası Vaşinqton və Parisə meyillənən Paşinyana KTMT-nin qapısını bərkdən çırpmaq və Kremldən rus hərbçilərin Ermənistandan çıxarılmasını tələb etmək üçün əsas verəcəkdir. Güman edirəm ki, hazırda Moskva ilə Bakı arasında Ankaranın iştirakı ilə ən yüksək səviyyədə Qərbin Ermənistan istiqamətində qurduğu tələlərdən necə yan keçmək barədə məsləhətləşmələr aparılır. Digər tərəfdən, regionun bütün ölkələrini Ermənistan sürətlə regionda Qərbin forpostuna deyil, gərginlik mənbəyinə, yeni irimiqyaslı münaqişələri qızışdırmaq üçün destruktiv qüvvələrin alətinə çevrilməsi narahat edir”.

Teqlər: