İranda aksiya: SEPAH zabitlərinin tabutu gəzdirilir…

İranda aksiya: SEPAH zabitlərinin tabutu gəzdirilir…

Bu gün səhər saatlarından başlayaraq İran şəhərlərində hökumətin “Qüds günü” adı altında təşkil etdiyi İsrailə qarşı aksiyalar keçirilir.

AzerTimes xəbər verir ki, bu barədə İran mediası məluamt yayıb.

Tehranda başlayan aksiyada İsrailin Dəməşqə aviazərbəsi nəticəsində həlak olan SEPAH komandirlərinin meyitləri olan tabutlar gəzdirilir.

Aksiyalar başa çatdıqdan sonra SEPAH komandirlərinin meyitləri dəfn olunmaq üçün şəhərlərinə göndəriləcək.

Qeyd edək ki, ilk dəfə 1982-ci ildə Ruhullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək və İsrailin məhv edilməsi tələbi ilə İsrailə qarşı mitinq keçirilib.

O vaxtdan İranda, Livanda və bir neçə başqa ölkədə İranın maliyyələşdirdiyi və ələ aldığı qruplar hər il Ramazan ayının sonuncu cümə günü bu cür aksiyalar keçirir, İranın siyasi-ideoloji müharibəsinə dəstək verirlər.

Teqlər: