Nigeriyada yol qəzasında 13 nəfər ölüb

Nigeriyanın şimal-qərbində baş vermiş yol qəzasında 13 nəfər
həlak olub.

Trend-in
məlumatına görə, Ciqava ştatında sərnişin aparan yük maşını qəzaya
uğrayıb.

Hadisə nəticəsində həmçinin 32 nəfər xəsarət alıb.

Qeyd olunur ki, qəza sürücünün idarəetməni itirməsi nəticəsində
baş verib. Hadisə ilə bağlı araşdırma aparılır.