Ana həbsdəki oğluna narkotik apardı

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi
əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq
təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi
cəhdinin qarşısı alınmışdır.

Bu barədə AzerTimes-a Penitensiar Xidmətdən məlumat verilib.

Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli
bilinərək həbs edilmiş şəxs Əmrah Əli oğlu Nağıyevə anası Bakı
şəhər sakini Fəxriyyə Əminağa qızı Quliyeva tərəfindən gətirilmiş
sovqata baxış keçirilən zaman, orada olan cins şalvarda xüsusi
üsulla gizlədilmiş ümumi çəkisi 1,175 qram olan narkotik maddə –
heroin və 0,089 qram olan psixotrop maddə – metamfetamin aşkar
edilmişdir.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: