Nigeriyada terror hücumları: 34 nəfər ölüb

Nigeriyanın şimal-qərbində yerləşən Kaduna şəhərində hücumlar
nəticəsində 2-si əsgər olmaqla 34 nəfər ölüb.

Trend “BBC”-yə xəbər verir ki, hücumlar ağır silahlı cinayətkar
dəstələr tərəfindən həyata keçirilib.

Şəhərin 4 fərqli məkanında gerçəkləşdirilən hücumlarda
cinayətkar dəstələr 200-dən çox evi dağıdıb və mağazaları
yandırıb.

Kaduna şəhərinin hökuməti tərəfindən bir sutkalıq komendant
saatı tətbiq edilib.

Qeyd edək ki, Nigeriya hökuməti bu cinayətkar dəstələri yanvar
ayında rəsmi olaraq terrorçu elan edib.