Göygöldə birmərtəbəli evdə yanğın olub

Göygöl şəhərində birmərtəbəli evdə yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki,
ümumi sahəsi 216 kvadratmetr olan evin hamam otağının lambirindən
ibarət tavanı 18 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi
yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: