Azərbaycanda yaşıl koridorların yaradılması davam edir (FOTO)

Azərbaycanda yaşıl koridorların yaradılması davam edir.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev
AzerTimes-a bildirib ki, ölkə ərazisində qeyri-iş günləri olmasına
baxmayaraq, nazirlik yaz ağac əkini çərçivəsində ağacəkmə
tədbirlərini həyata keçirməkdədir.

“Bu sırada Abşeron yarımadasında yaşıl koridorların yaradılması
işi davam etdirilir. Hazırda Xocasəndə yolla göl arasındakı sahədə,
60 hektar ərazidə yaşıllıq zolağının salınmasına başlanıb. Son üç
gün ərzində həmin ərazidə 3 mindən artlq, yerli iqlimə uyğun ağac
əkmişik. Qeyd edim ki, son iki ildə Xocasən gölü ətrafında yolun
sol tərəfində olan “Meyvəli” ticarət mərkəzindən Moskva Dövlət
Universitetinin Bakı Filialına tərəf gedən yolun 75 hektarında
ağaclar əkilib və geniş bir yaşıl koridor salınıb.

Digər bir yaşıllaşdırma layihəsi Müşfiqabad qəsəbəsindədir,
burada 50 hektara yaxın ərazi müəyyənləşib. Yaz mövsümü ərzində
həmin ərazinin də yaşıllaşdırılması nəzərdə tutulub“, – deyə nazir
müavini bildirib.

Teqlər: