Niderlandda futbol matçından sonra toqquşma olub, xəsarət alanlar var

Niderlandın Haaqa şəhərində furtbol matçından sonra baş vermiş
toqquşmalarda dörd polis əməkdaşı xəsarət alıb.

Trend-in
məlumatına görə, toqquşma “Den Haaq” və “Ekselsior” komandalarının
görüşündən sonra baş verib.

Matçın əsas və əlavə vaxtı 4:4 hesabı ilə başa çatdıqdan sonra
ev sahibləri penaltilər seriyasında məğlub olub.

“Den Haaq”ın yüksək liqaya vəsiqə qazana bilməməsindən məyus
olan azarkeşlər meydançaya axışıb. Polislərin müdaxiləsi
oyunçuların və hakimlərin təhlükəsiz şəkildə meydanı tərk etməsinə
imkan yaradıb.

Toqquşma nəticəsində bir neçə nəfər, o cümlədən dörd polis
əməkdaşı xəsarət alıb. Xəsarət alanlardan bir neçəsi xəstəxanaya
yerləşdirilib.

Saxlananların da olduğu deyilir.

Teqlər: