Lənkəranda yol polisi sürücünü 6 kiloqramdan artıq narkotiklə yaxaladı (FOTO)

Lənkəran şəhəri ərazisində hərəkətdə olan “Mercedes-Benz”
markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə
etmədiyi üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol
polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a
verilən məlumata görə, sürücü, Bakı şəhər sakini Rövşən Acalovun
avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyinə,
üzərində və nəqliyyat vasitəsində narkotik vasitə daşıdığına
şübhələr yarandığından həmin şəxsin müvafiq tibbi müayinədən
keçirilməsi təmin edilib. R.Acalovun psixotrop maddənin sərxoşluğu
vəziyyətində olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı isə onun
üzərindən narkotik vasitə marixuana və elektron tərəzi aşkarlanıb.
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq R.Acalovun idarə
etdiyi avtomobilə keçirilən baxış zamanı həmin nəqliyyat
vasitəsindəki gizli saxlanc yerindən 1 kiloqramdan artıq heroin və
5 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, o narkotik vasitələri
xaricdəki narkotacir vasitəsilə əldə edib və satışını təşkil etmək
üçün paytaxt ərazisinə aparmalı imiş.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Teqlər: