Niderland bərpa olunan enerji sektorunda Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır – Səfir

Niderland bərpa olunan enerji sektorunda Azərbaycanla
əməkdaşlığı genişləndirməyə hazırdır.

Bunu Niderlandın Azərbaycandakı səfiri Pauline Eizeman Trend-in sualını cavablandırarkən deyib.

“Niderland Azərbaycanla xüsusilə dənizdə külək enerjisi
sektorunda əməkdaşlıq etmək istərdi”, – səfir deyib.

O qeyd edib ki, hələlik konkret layihələr olmasa da, Niderland
böyük ekspert bazasına malikdir, eləcə də çoxsaylı Niderland
şirkətləri Azərbaycanda alternativ enerji sahəsinə mühüm töhfə verə
bilər.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: