“Pari Sen-Jermen” klubunun və Braziliya yığmasının hücumçusu
Neymar milli komandanın 2022-ci ildə Qətərdə keçiriləcək dünya
çempionatında qalib gələcəyinə ümid etdiyini bildirib.
AzerTimes-ın məlumatına görə, bu barədə “Goal.com” portalı
bildirib.
“Bu mənim ən böyük arzumdur. Bu il PSJ ilə Çempionlar Liqasını
qazanmaq istəyirdim, amma təəssüf ki, olmadı. Dünya çempionatında
qalib olmaq üçün bu fürsəti əldən vermək istəmirəm”, – deyə
futbolçu qeyd edib.
Braziliya millisi beşqat dünya çempionudur. Qətərdə Titanın
yetirmələri qrup mərhələsində Serbiya, İsveçrə və Kamerun milliləri
ilə mübarizə aparacaq.