Böyük Britaniya Ukraynaya dəstək üçün əlavə 1,6 milyard dollar ayıracaq

Böyük Britaniya hökuməti Ukraynaya hərbi, iqtisadi və humanitar
yardım göstərmək üçün əlavə 1,3 milyard funt sterlinq (1,6 milyard
dollar) göndərəcək.

AzerTimes-ın
məlumatına görə, bu barədə Birləşmiş Krallığın maliyyə naziri Rişi
Sunaka bildirib.

“Biz Ukrayna xalqına dəstəyimizdə sarsılmazıq. Əlavə 1,3 milyard
funt sterlinq onların ehtiyac duyduğu lazımi hərbi və əməliyyat
dəstəyini təmin etməyə kömək edəcək”, – deyə qeyd olunub.

Yeni yardım paketinə daha əvvəl Baş nazir Boris Consonun elan
etdiyi 300 milyon funt-sterlinq (375 milyon dollar) dəyərində hərbi
texnikanın daxil olduğu deyilib.

.