ABŞ-ın BMT-dəki nümayəndəsi Türkiyəyə səfərini təxirə salıb

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild mayın
9-da Suriya ilə Türkiyə sərhədinə səfərini təxirə salıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə ABŞ-ın BMT-dəki missiyasının mətbuat
xidməti bildirib.

“ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfildin mayın
9-da Türkiyəyə planlaşdırılan səfəri təxirə salınıb”, – deyə qeyd
olunub.

Bildirilib ki, Linda Tomas-Qrinfildin mayın 9-10-da “Suriya və
regionun gələcəyinə dəstək” mövzusunda Avropa İttifaqının sədrliyi
ilə keçirələcək konfransında ABŞ nümayəndə heyətinin rəhbəri kimi
Brüsselə səfər edəcək.

Brüsseldəki konfrans çərçivəsində ABŞ-ın BMT-dəki daimi
nümayəndəsi “Suriya siyasi prosesinə beynəlxalq dəstək
perspektivlərini, habelə insan hüquqlarının pozulmasına görə
məsuliyyət cəlb olunma məsələlərini müzakirə etmək üçün nazirlər
görüşü keçirəcək”.

Teqlər: