Film və serialların striminq xidməti “Netflix” 2022-ci ilin
yanvar-mart ayları arasında 200 min abunəçisini itirib.
Trend xəbər verir ki, bu barədə şirkətin hesabatına istinadən “The Washington Post” qəzeti xəbər verib.
Qeyd edilir ki, “Netflix” tarixdə ilk dəfə abunəçilərinin
sayının azalması ilə üzləşir. MƏlumata əsasən, “Netflix”
səhmlərinin qiyməti bu cür göstəricilərin fonunda 23 faiz
ucuzlaşıb.
“İndi “Netflix” aprel və iyun aylarında daha 2 milyon abunəçi
itkisi ilə işlərin daha da pisləşməsinə hazırlaşır”, – deyə məlumat
da bildirilir.