“Netflix” video servisi Rusiya ərazisində xidmətini
dayandırdığını təsdiq edib.
AzerTimes-ın məlumatına görə, bu barədə şirkətin açıqlamasında
deyilir.
Qeyd olunur ki, servisin işinin dayandırılması “Rusiya bazarını
tərk etmə tədbirləri” ilə əlaqədardır.
“Netflix” Rusiyanı martın 6-da tərk etdiyini açıqlasa da,
abunəçilərin son ödəniş dövrünün başa çatmasınadək ölkədə yayımı
davam etdirib.
Mayın 27-də Rusiyada istifadəçilər “Netflix”in işə düşmədiyini
bildiriblər.