Bakı şəhərinin Nərimanov rayonunda, inşaat materiallarının
satışı bazarının ərazisində ümumi sahəsi 6 m² olan taxta
konstruksiyalı gözətçi köşkü, bitişik ümumi sahəsi 6 m² olan digər
köşkün dam örtüyünun taxta atmaları 2 m² sahədə, ümumi sahəsi 140
m² olan anbarın dam örtüyünun taxta atmaları 2 m² sahədə və
yaxınlıqda ümumi sahəsi 265 m² olan digər anbarın dam örtüyünun
taxta atmaları 0,5 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, köşkün və
anbarların qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;